Ümumi olaraq xidmət işçilərini sistemdə əməkdaş olaraq adlandırırıq. Xidmət növündən aslı olaraq siz bunu Həkim, Müəllim, Təlimçi, və s. kimi ixtisas adlarına olaraq vizual tərcümə imkanı ilə dəyişə bilərsiniz.

Yeni Əməkdaş əlavə etmək üçün ƏLAVƏ EDİN düyməsi üzərinə klikləyin.

Əməkdaşlar

Əməkdaş təfərrütları menyusuda biz Əməkdaşın adı, e-poçt ünvanı, telefon nömrəsi və profil şəkli kimi əsas məlumatlarını daxil edirsiniz. Bu məlumatlar rezervasiya prosesində görünəcək. Sonra Əməkdaşın xidmət göstərdiyi filalı seçirik. Əgər Əməkdaş eyni vaxtda bir neçə filalda işləyirsə, burada çoxlu seçim variantları ilə bütün filalları seçə bilərsiniz.

Müəssisəniz yalnız bir Filaldan ibarətdirsə, sistemin fəaliyyəti üçün ən azı bir Filal yaradılmalı və bu mərhələnin rezervasiya prosesində görünməsini istəmirsinizsə Parametrlər -> Front-end panellər menyusundan deaktiv etməlisiniz.

Siz həmçinin Əməkdaş haqqında qısa qeyd əlavə edə bilərsiniz. Bu qeyd müştərilərə görünməyəcək.

Vaxt cədvəli menyusunda siz Əməkdaş üçün fərdi iş cədvəli qura bilərsiniz. Əməkdaş üçün fərdi vaxt cədvəlini konfiqurasiya etmədiyiniz halda Parametrlər > İş saatlarında təyin etdiyiniz vaxt cədvəli varsayılan olacaqdır.

Vaxt cədvəli

Əgər Əməkdaş üçün fərdi iş cədvəlinə ehtiyac varsa “Xüsusi vaxt cədvəlini konfiqurasiya edin” seçimini aktiv edərək işçilər üçün fərdi həftəlik iş qrafiki qura bilərsiniz.

Burada siz İşçilərin qeyri-iş günlərini, iş saatlarını və fasilələrini əlavə edə bilərsiniz. Siz hər iş gününün başlanğıc və bitmə vaxtlarını qeyd edirsiniz. Əgər həftənin müəyyən bir günü İşçilərinizin iş günündən kənardırsa, siz bu günü istirahət günü kimi təyin edə bilərsiniz.

Fasilə vaxtını əlavə etmək istəyirsinizsə, Fasilə əlavə edin düyməsini klikləyin və fasilənin başlanğıc və bitmə vaxtlarını yadda saxlayın. Həftənin hər günü üçün istənilən sayda fasilələr əlavə etmək imkanınız var.

Xüsusi günlər menyusunda siz Əməkdaşlar üçün xüsusi günlər üçün vaxt cədvəli qura bilərsiniz. Əməkdaş müəssisə üçün qeyri-iş günü olan hər hansı bir gün xidmət göstərmək istəyirsə və ya yalnız günün ikinci yarısında xidmət göstərmək istəyirsə, onu burada təyin edə bilərsiniz. Və ya müəssisə üçün iş günüdürsə, lakin Əməkdaş icazəlidirsə, günün tarixini əlavə etməklə, lakin heç bir vaxt intervalı seçməməklə buna nail ola bilərsiniz. Nəticədə, gün məşğul olacaq və randevu qəbul etməyəcək.

Sadəcə Xüsusi gün əlavə edin düyməsinə klikləyin və başlanğıc/bitmə saatlarını təyin edin. Lazım gələrsə, siz həmçinin xüsusi günlər üçün Fasilə əlavə edin düyməsini klikləyərək fasilə vaxtlarını əlavə edə bilərsiniz.

Əlavə etdiyiniz xüsusi günləri silmək lazımdırsa, Xüsusi günü silin düyməsini klikləyin.

Xüsusi günlər

Bayramlar menyusunda siz İşçilər üçün xüsusi bayram günləri təyin edə bilərsiniz. Əgər Əməkdaş gün ərində xidmət göstərməyəcəksə, bu menyudakı təqvimdən həmin günü klikləmək kifayətdir.

Deyək ki, siz artıq Parametrlər > Bayramlar bölməsində müəssisəniz üçün ümumi bayramları təyin edirsiniz. Həmçinin İşçilərinizə əlavə tətillər təyin etmək istəyirsinizsə, bu menyuda onları qeyd edin.

Əməkdaşlar üçün bayram günləri

Əməkdaş haqqında bütün məlumatları tamamladıqdan sonra siz ƏLAVƏ EDİN düyməsini klikləməklə məzmunu yadda saxlaya bilərsiniz.

Əməkdaşlar siyahısında işçilərin adını, e-poçt ünvanını, telefon nömrəsini axtara bilərsiniz. Siz həmçinin A-dan Z-yə və ya əksinə ad, e-poçt və telefon nömrəsinə görə sıralaya bilərsiniz. Əgər Əməkdaş məlumatına düzəliş etmək istəyirsinizsə həmin işçi qarşısında olan 3 nöqtəyə klikləyib düzəliş et düyməsini klikləyin.

İşçi heyəti fərdi və ya qrup şəklində silə bilərsiniz. Yalnız bir İşçinin silinməsi lazımdırsa, üç nöqtə və sonra Sil düyməsini klikləyin. Bəzi İşçiləri toplu şəkildə silmək istəyirsinizsə, İşçi adlarının qarşısındakı qeyd xanalarını işarələyin və aşağıda açılacaq Sil işarəsinə klikləyin.