Bayramlar

Bəzi günlər biznesiniz üçün qeyri-iş günləri və ya bayram günləri ola bilər və bu günlərdə randevuların qəbulu nəzərdə tutulmur. Bayram və istirahət günlərini sistemə əlavə etməklə həmin günlərdə randevu qəbulunun qarşısını ala bilərsiniz.

Siz sistemin Parametrlər -> Bayramlar menyusunda istənilən günü bayram olaraq təyin edə bilərsiniz. Bu, ümumilikdə müəsissəyə təsir edəcək və bütün filallarınız, xidmətləriniz və işçiləriniz qeyd etdiyiniz gün üçün randevuları qəbul etməyəcəklər.

İstirahət günləri

Əgər siz bayramları bütün müəssisə üçün deyil, yalnız konkret işçilər üçün təyin etmək istəyirsinizsə, bunun üçün əməkdaş profilinə düzəliş edib, Bayramlar alt-menyusuna daxil olmalı və istədiyiniz günü eyni şəkildə Bayram olaraq təyin etməlisiniz. Beləliklə, qeyd etdiyiniz əməkdaş təyin etdiyiniz gün üçün heç bir randevu qəbul etməyəcək.

Əməkdaş İstirahət günləri

Həftə sonları və fasilələr

Həftə sonları və ya bəzi günlər sizin istirahət gününüz ola bilər. Siz bu günlərdə randevu qəbul etməmək üçün bu funksiyadan istifadə edə bilərsiniz. İstirahət günlərini siz təyin edirsiniz və həmin günlər qeydiyyat panelində məşğul görünür.

Bu funksiyanı parametrlər menyusunda etməklə bütün müəssiyə, hər hansı xidmət üçün təyin etdikdə isə yalnız həmin xidmətə tətbiq etmiş olursunuz.

Gün ərzində nahar və digər məsələlər üçün isə fasilələr əlavə edə bilərsiniz.

Həftə sonları və fasilələr

Xüsusi günlər

Əgər xidmətinizin vaxt cədvəli hər hansı bir gün üçün fərqli olacaqsa, siz onu XÜSUSİ GÜNLƏR alt menyusundan çıxara/daxil edə bilərsiniz. Sadəcə “Xüsusi gün əlavə edin” düyməsini klikləyin və tarixi, başlama və bitmə saatlarını seçin. Məsələn, müəssisə üçün qeyri-iş günüdürsə, lakin bu xidmətin görüşləri qəbul etməsi lazımdırsa, siz həmin günləri bu alt menyuya əlavə edə bilərsiniz. Və ya müəssisə üçün iş günüdürsə, lakin bu xidmətin görüşləri qəbul etməməsi lazımdırsa, günün tarixini əlavə etməklə, lakin heç bir vaxt intervalı seçməməklə buna nail ola bilərsiniz. Nəticədə, gün məşğul olacaq və randevu qəbul etməyəcək.

Xüsusi günlər