Skip to content
Sistemdən ödənişsiz istifadə et

Onlayn rezervasiya sistemi

Kalendar.az müştərilərin xidmətlərdən istifadəsi zamanı növbə gözləməməsi üçün əvvəlcədən onlayn randevu ala biləcəyi rezervasiya sistemidir.

Rezervasiya sistemi vaxtınıza qənaət edir

Vaxtınıza qənaət edin!​

Hər hansı bir xidmət üçün randevu almaq istəyən müştərilərin müraciətlərinə cavab vermək çox vaxt aparır. Hətta danışıqların böyük bir hissəsi hər iki tərəfə uyğun vaxtları müzakirə etmək və randevuları idarə etməkdən ibarət olur. Onlayn rezervasiya sistemindən istifadə etməklə isə həm müştərilərin, həm də sizin vaxtınıza qənaət etmiş olur, həmçinin biznesinizin hər zaman müştərilər üçün əlçatan olmasını təmin edirsiniz.

Müştərilərinizi növbələrdə gözlətməyin

Müştərilərin xidmətlərdən narazı qalmalarının əsas səbəblərindən biri növbələrdə saatlarla gözləmələridir. Siz rezervasiya sistemindən istifadə etməklə müştərilərilərinizi yorucu növbələrdən xilas edir və onların tam razılğını əldə etmiş olursunuz.

Müştəriləriniz randevuları rezervasiya etməklə növbələrdə gözləmirlər
7/24 rezervasiya qəbul etmək imkanı

İstənilən cihazla randevuları qəbul edin

Kalendar.az sistemi ilə siz 7/24 rezervasiyaları qəbul edə bilərsiniz. Artıq müştəriləriniz rezervasiya etmək üçün sizin iş saatlarınızı, sorğu növbəsini və s. gözləməli olmur və ya daha pisi, rəqiblərinizdən birinə müraciət etmir. Bu sistem sayəsində müştərilər onlar üçün uyğun olan vaxtlarda, istənilən yerdə, mobil, planşet və kompüter kimi cihazlarla rezervasiya etmək rahatlığına malik olurlar. Hətta siz yatarkən belə rezervasiyaları qəbul edirsiniz.

Zoom dəstəkləyən rezervasiya sistemi

Uzaqdan xidmət göstərilə bilən bir biznesə sahibsinizsə, Zoom vasitəsilə seanslarınızı onlayn şəkildə həyata keçirə bilərsiniz.

Zoom dəstəkləyən rezervasiya sistemi​
Xatırlatmalar

Təsdiq və Xatırlatma SMS və E-poçtları

Müştəriləriniz onlayn qeydiyyatdan keçdikdən sonra sistem tərəfindən avtomatik göndərilən təsdiq e-poçtu\SMSi və seansdan əvvəl xatırlatma e-poçtu\SMSi qəbul edəcəklər.

Bütün filallarınızı bir rezervasiya sistemindən idarə edin

Müəssəniz böyüdükcə xidmət göstərdiyiniz filalların sayı arta bilər. Müştəriləriniz təklif etdiyiniz xidməti onlara ən yaxın yerdən almaq istəyirlər. Kalendar.az sistemi ilə müştəriləriniz onlara yaxın filallardan randevu üçün qeydiyyatdan keçə biləcəklər.

Bütün filallarınızı bir rezervasiya sistemindən idarə edin
Onlayn ödəniş imkanlı rezervasiya sistemi

Ödənişlərin onlayn qəbulu

Ödənişləri onlayn və yerində olmaqla qəbul edə bilərsiniz. Sistem müştərilərinizə xidmət haqqını tez bir zamanda və asanlıqla onlayn ödəməyə imkan yaradır.

Rezervasiya sistemini öz vebsaytınıza inteqrasiya edin

Müəssisənizin artıq vebsaytı mövcuddursa, Kalendar.az onlayn rezervasiya sistemini, rezervasiya paneli olaraq vebsaytınıza asanlıqla inteqrasiya edə bilərsiniz.

Rezervasiya sistemini öz vebsaytınıza inteqrasiya edin
Təfərrüatlı reservasiya hesabatı

Təfərrüatlı Hesabat​

Sistem hesabatları vasitəsilə sizin gəlirinizi, işçi heyətinə görə gəlirinizi, müştəri iştirakını və s. izləyə bilərsiniz. Bu məlumatlar biznesinizin analizi üçün böyük əhəmiyyət kəsb edir.

Bütün xidmətlərə uyğunlaşdırıla bilən qeydiyyat paneli

Müasir istifadəçi interfeysinə sahib olan qeydiyyat panelini admin panelindən xidmətinizə uyğun fərdiləşdirə bilərsiniz.

Play Video

Ən çox verilən suallar.

Müştərilərimiz bizim haqqımızda nə deyir

Məqsədimiz Kalendar.az sistemindən yararlanan bütün müştərilərimizə ən keyfiyyətli xidməti göstərməkdir.
Stomatoloq
Kalendar.az sistemi pasiyentlərimin asanlıqla onlayn növbə götürməsində böyük rolu vardır. Artıq əməliyyat zamanı və ya istirahət edən zaman növbə üçün zəng edib məni narahat edən müştərim demək olar ki, yoxdur.
Dr. Həsən Quliyev
psixoloq
Kalendar.az sistemi vasitəsilə seansları həm ofisimdə həm də uzaqda olan müştərilərim üçün Zoom vasitəsilə həyata keçirə bilirəm. Sistem bu seansların bronlaşdırılmasını və Zoom görüşlərini avtomatik olaraq həyata keçirir.
Psixoloq Samirə Əliyeva
Məşqçi
Bronların avtomatik olaraq bu sistem vasitəsilə təşkil olunması müştərilərimdən əlavə mənə də zalda məşq etməyə daha çox vaxtın yaranmasına imkan verir. Çox rahatam ki, üzərimdə növbə siyahısı gəzdirməyimə daha ehtiyac yoxdur.
Təlimatçı Rəhim Abdullayev

Kalendar.az, müştərilərinizin sizinlə görüşlərə qeydiyyat olmaq üçün istifadə edə biləcəyi onlayn bronlaşdırma vasitəsidir. Bu, sizə randevuları idarə etmək üzərində tam nəzarət imkanı verir.

Bərbər, həkim, psixoloq, müəllim, fitnes təlimatçısı kimi istənilən xidmət müştəri ilə qarşılıqlı razılaşdırılmış vaxt tələb edir. Müştərinizin rahatlığına (həmçinin öz rahatlığınıza) uyğun olaraq həmin vaxtı planlaşdırmaq həddən çox vaxt tələb edir. Kalendar.az sistemi isə biznesinizin bu hissəsini avtomatlaşdırır ki, etməli olduğunuz yeganə şey xidmətlərinizi dərc etməkdən ibarət olur. Müştərilər istənilən vaxt xidmətlərinizə nəzər salıb, mövcud tarix və vaxtı seçməklə tez və asanlıqla görüş üçün qeydiyyatdan keçə biləcəklər.

Xidmət təminatçısı kimi siz idarəetmə panelindən randevulara baxa və idarə edə biləcəksiniz. Görüşlər və müştərilər haqqında məlumatlar sistemdə mövcud olur ki, buda biznesiniz və müştəriləriniz haqqında statistik məlumatları təhlil etməyə və araşdırmağa kömək edir. Müştəriləriniz və işçiləriniz avtomatlaşdırılmış xatırlatmalar vasitəsilə hər hansı dəyişiklik barədə məlumat alır.

Zoom ilə inteqrasiyadan istifadə edərək, siz həmçinin onlayn görüş xidmətləri təklif edə bilərsiniz.

Onlayn ödənişlər, uyğun vaxtların təyin edilməsi, görüşlər arasında bufer vaxtlarının təyin edilməsi kimi bir çox funksiya ilə siz bütün rezervasiyalarınızı bir yerdən idarə etməyə hazırsınız.

Sistem sizə biznesiniz üçün ən vacib olan iki şeyi idarə etməyə kömək edəcək: rezervasiyalarınız və vaxtınızı.

Bu gün insanlar internetdən ehtiyacı olduqları hər şeyi əldə etmək üçün istifadə edirlər. Əgər onlayn mövcudluğunuz yoxdursa, çox güman ki, bir çox imkanları əldən vermiş olursunuz. Xidmət sahəsindən asılı olmayaraq hər bir biznesin tanınan onlayn mövcudluğu indi çox vacibdir.

İnternet vasitəsilə bizneslərin onlayn tapılmasına kömək etməklə yanaşı, həm də onlayn rezervasiya sistemi vasitəsilə biznes gəlirlərinizi artıra bilərsiniz.

Onlayn rezervasiya sistemləri işçiləriniz üçün iş yükünü azaldır və müştəri xidmətlərini optimallaşdırır. Onlayn rezervasiya sistemlərinin əsas üstünlüklərindən biri də odur ki, müştərilərə sifarişlərini onlar üçün ən əlverişli vaxtda yerləşdirməyə imkan verir. Onlayn rezervasiya sistemindən istifadə edərək, iş saatlarında olub-olmamalarından asılı olmayaraq, günün və ya gecənin istənilən vaxtında rezervasiya edə bilərlər. Fikir versəniz, müştərilərin axşam saatlarında bron etmə ehtimalı daha yüksəkdir, çünki işdə olmaqdan fərqli olaraq, onların asudə vaxtlarında internetdə gəzmək üçün daha çox vaxtları olur. Müştərilərinizə hər zaman biznes üçün açıq olan onlayn rezervasiya sistemini təklif edin və rezervasiyaların sayını əhəmiyyətli dərəcədə artırın.

Bəli, sizə təqdim olunacaq fərdi keçid vasitəsilə müştəriləriniz sizin qeydiyyat panelinə keçərək xidmətləriniz üçün randevu təyin edirlər. Siz həmçinin keçidi sosyal şəbəkələrinizin məlumat bölməsinə yerləşdirərək müştərilərinizin sizin qeydiyyat panelinə keçidini asanlaşdırmış olursunuz.

Bəli. Onlayn rezervasiya sistemini tətbiq etmək üçün texniki imkanınızın olub-olmaması əhəmiyyət kəsb etmir. İstifadəçi interfeysinə böyük əhəmiyyət verilərək yaradılmış müasir dizayna məxsus sistem vasitəsilə tez və asanlıqla işə başlaya bilərsiniz.

Sizin hər hansı bir domen almağınıza, bahalı hostinq xidmətlərinə abunə olub aylıq ödənişlər etməyinizə, vebsayt tərtibatçısı axtarmağınıza və ya hər hansı bir sistemə texniki qulluq göstərməyinizə ehtiyac yoxdur.

Siz Kalendar.az sisteminə abunə olarkən biznesinizin adına uyğun keçid (link) yaradırsınız və həmin keçid vasitəsilə müştəriləriniz sizin qeydiyyat panelinə keçərək xidmətləriniz üçün randevu təyin edirlər.

Əgər şirkətinizin (sizin) fərdi vebsaytı olmasını və ya bumövcud rezervasiya sistemini öz saytınıza yerləşdirmək istəyirsinizə, bizə WhatsApp vasitəsilə yazmaqla xidmətinizə uyğun vebsaytın yaradılmasına nail ola bilərsiniz.

Bəli. Müştəriləriniz istifadə etdikləri cihaz növündən asılı olmayaraq görüş təyin edə bilərlər. Bu, sistemin idarə panelinə də aiddir. Siz daha kiçik ekranlı smartfon cihazlarından idarəetmə panelinə daxil olaraq randevuları idarə edə bilərsiniz. Bu o deməkdir ki, siz (işçiləriniz) istənilən vaxt istənilən yerdən işinizin başında ola bilirsiniz.

error: Mezmun qorunur!!