Sistemə abunə olmaq üçün vebsaytın menyusunda olan Ödənişsiz sına düyməsi klikləyin. Açılan səhifədə ad və soyadınızı, e-poçt ünvanınızı, sistemə daxil olmaq üçün şifr daxil edin və DAVAM düyməsini klikləyin.

Sistemə qoşulma

Sizin e-poçt ünvanınıza təsdiq üçün müvafiq məktub göndəriləcək. Qeydiyyatı tamamla keçidinə klikləməklə növbəti səhifəyə keçidi edirik.

Təsdiqləmə

Növbəti səhifədə sizə məxsus olacaq randevu qeydiyyat səhifəsi üçün keçid ünvanı daxil edin. Müəssisə, şirkət, biznes və ya marka adını yalnız Latın hərflərindən istifadə etməklə daxil etməyiniz məsləhət görülür. Beləliklə bu keçidi müştərilərinizə göndərməklə onlar randevu üçün qeydiyyatdan keçə biləcəklər.

Sistemə qoşulma

Növbəti səhifədə müəssisə, şirkət, biznes və ya markanız barədə məlumatları daxil edin. Bu məlumatlar gələcəkdə avtomatik məktubların göndərilməsi zamanı istifadə olunacaq. Qeydiyyatı tamamla düyməsinə kliklədikdə avtomatik olaraq idarəetmə panelinə yöndləndirikləcəksiniz.

Şirkət məlumatları

Həmin səhifədə Başlanğıc bələdçisi olacaq ki, bəzi məlumatların daxil edilməsi üçün sizə bələdçilik edəcək. Siz ilk növbədə iş saatlarınızı əlavə etməli və xidmət yaratmalısınız

Daha sonra səhifənin yuxarı sağ küncündə adınızın yanında olan işarəyə vurmaqla ödəniş səhifəsinə keçid edə bilərsiniz.

Sistemə qoşulma

Ödəniş səhifəsində Planınız və ödənişləriniz barədə məlumatlar əks olunur. Cari plan düyməsinə klikləməklə planınızın sistemin xüsusiyyətlərində istifadə limitlərini görə bilərsiniz. Qeydiyyatdan keçdikdə avtomatik olaraq Sadə plana abunə olmuş olursunuz. Planınızı dəyişmək istədikdə Planı yüksət düyməsi kliklənir və müvafiq plan seçilir.

Bələdçi

Planlara abunəlik aylıq və illik oluna bilər. İllik ödəniş etməklə aylıq ödənişə nisbətən 16% endirim edərək 12 yox 10 ay üçün ödəniş etmiş olursunuz. Ilk ay sistemdən ödənişsiz yararlanırsınız.

Planlar

Plan seçilkdikdən sonra ödəniş depozit şəklində əlavə olunmuş balansdan ödənilir.

Gələcək ayların abunə haqqını ödəmək üçün Depozit əlavə etməlisiniz.

Sistemə qoşulma

Depozit əlavə edin düyməsi klikləndikdə ödəniş üçün yeni səhifə açılacaq. İlk öncə tələb olunan xanalar doldurulur. Əgər Kapital bankın məhsulu olan Bir karta sahibisinizsə taksit imkanından istifadə edə bilərsiniz. Bir karta sahib deyilsinizsə Tək ödəniş seçilməlidir.

Son olaraq sağ aşağıda yerləşən Ödəniş edin düyməsi kliklənir.

Ödənişləri Kapital bank vasitəsilə qəbul edirik. İstənilən bankın kart məlumatlarını daxil edərək ödənişi həyata keçirə bilərsiniz.

Ödə düyməsi klikləndikdə əgər kartınızda 3D Secure xidməti aktivdirsə ödənişin təsdiqlənməsi üçün telefon nömrənizə müvafiq OTP kod göndəriləcəkdir. Növbəti səhifədə həmin kod daxil edilərək ödənişi tamamlamış olursunuz.

Sistemə qoşulma

Daha sonra avtomatik olaraq sistemə yönləndiriləcəksiniz.

Sistemə qoşulma

Beləliklə növbəti aylarda abunə haqqını balansdan ödəyərək xidmətdən istifadəyə davam edə bilərsiniz.