Siz Kalendar.az sistemi vasitəsilə onlayn Zoom görüşlərinizi tam avtomatlaşdıra bilərsiniz. Zoomu sistemə inteqrasiya etmək üçün aşağıdakı mərhələri tamamlayın.

https://marketplace.zoom.us/ səhifəsinə keçin;

Veb saytın yuxarı sağ küncündəki Daxil ol düyməsini basaraq sayta daxil olun;

Açılan səhifədə “Develop” menyusuna və sonra “Build App” menyusuna klikləyin;

Zoomda App yaratmaq

Siyahıdan JWT metodu üçün “Create” düyməsinə klikləyin;

App yarat

Açılan pəncrədə App üçün ad daxil edin. Bu sizin müəssiə və ya biznes adı ola bilır. Daha sonra açılan pəncərədə Zoom App üçün digər məlumatları daxil edin;

Zoom görüşləri

“Continue” düyməsini klikləyin. Növbəti addımda siz “API key” və “API secret” məlumatlarını kopyalayın və “Continue” düyməsini klikləyin;

Zoom görüşləri

“Continue” düyməsini bir daha klikləyin və Zoom App üçün ərizəni sonlandırın;

Parametrlər > İnteqrasiya parametrləri > Zoom il’ inteqrasiya bölməsinə keçin və Zoom inteqrasiyasını aktivləşdirin;

Zoom parametrləri

“API key” və “API secret” məlumatlarını yapışdırın, Görüş mövzusu və təsviri sahəsini doldurun. Siz Görüş mövzusu və Görüş Təsviri sahəsində açar sözlərdən istifadə edə bilərsiniz. Hazır açar sözlərin siyahısını əldə etmək üçün həmin sahələrin sonunda olan işarəyə klikləyin;

Varsayılan olaraq, sistem Zoom görüşləriniz üçün təsadüfi 8 rəqəmli şifr təyin edir. Şifrsiz görüşlər yaratmaq istəyirsinizsə, görüşlər üçün təsadüfi şifr təyin et seçimini deaktiv edə bilərsiniz;

Əməkdaşları Zoom istifadəçisinə qoşmaq üçün Əməkdaşlar bölməsinə keçin. Əməkdaşın qarşısında olan 3 nöqtəyə klikləyin və redaktə edin. Bu zaman Zoom istifadəçisi sahəsini görəcəksiniz. Zoom istifadəçisini seçin və yadda saxlayın;

Zoom görüşləri

Hər hansı ximətə Zoom əlavə etmək üçün lazım olan Xidmətə düzəliş edin və “Xidmət üçün Zoom-u aktivləşdirin” seçimini aktiv etməlisiniz;

Zoom görüşünü aktivləşdir

Aşağıdakı açar sözlərdən istifadə edərək bildirişlərə Zoom görüş keçidini əlavə edə bilərsiniz:
{zoom_meeting_url} – Müştərilər üçün görüş keçididir.
{zoom_meeting_url_host} – Əməkdaşlar üçün görüş keçididir.
{zoom_meeting_password} – Görüş şifridir.

Zoom notifications