Sistem sizə və ya əməkdaşlarınıza Telegram bildirişləri göndərməklə xidmətinizin fəaliyyətləri haqqında dərhal məlumat əldə etməyə imkan verir. Bu funksiya müştərilər üçün nəzərdə tutulmur. Beləliklə, işçilərinizə raandevuların fəaliyyəti barədə məlumat vermək indi asan bir prosesdir.

Başlamaq üçün Telegram-da BotFather-i tapın və söhbətə başlayın.

Söhbətə başladığınız zaman müxtəlif əmrlər görəcəksiniz. Yeni bot yaratmaq üçün BotFather-ə aşağıdakı əmri yazmalısınız. /newbot

Telegram bildirişləri üçün botun yaradılması

Sonra BOT üçün ad təyin etməlisiniz. Bot adını yazıb BotFather-ə göndərmək kifayətdir.

Sonra, botunuz üçün istifadəçi adı təyin edin. Bildirmək istərdik ki, BOT istifadəçi adı _bot ilə bitməlidir. Beləliklə, istifadəçi adının sonuna _bot əlavə edin. Məsələn: kalendar_az_bot

Bota adın verilməsi

İndi BOT hazırdır! Tokeni kopyalayın və növbəti ekran görüntüsündə gördüyünüz Kalendar.az sisteminin Telegram bölməsinə yapışdırın.

Kalendar.az Telegram bildirişləri

Bildirişlər menyusuna keçin və yeni bildiriş yaradın. Fəaliyyət olaraq “Telegram mesajı göndərin” seçin və “YARAT” düyməsini klikləyin.

Telegram bildirişləri yaradın

Telegram-da BOT-unuzu Telegramda axtarın və söhbətə başlayın. Bunu bildirişlər göndərmək istədiyiniz hər bir əməkdaş etməlidir.

Botu başladılması

Beləliklə “Kimə” bölməsinə kliklədikdə Botu başladan bütün istifadəçilər görünəcək və siz həmin Telegram istifadəçiləri seçməklə onlara avtomatik bildirişlər göndərə bilərsiniz.

Şablonunuzu hazırlayın və bildirişi yadda saxlayın. Mesaj şablonunu hazırlayarkən “Keywords” düyməsinə klikləməklə açar sözlərdən istifadə edə bilərsiniz. Bildiriş göndərilərkən açar sözlər randevudan asılı olaraq real məlumatlarla əvəz olunacaq.

Mesajın tənzimlənməsi

İndi hər şey hazırdır və yeni rezervasiya qəbul olan kimi BOT sizi dərhal xəbərdar edəcək!