Hesabatlar

Hesabatlar funksiyasının köməyi ilə biznesinizi təhlil etmək daha asandır. Dörd qrafiklə daha ətraflı təhlil edə bilərsiniz. Bu qrafiklər aşağıdakılardır:

Randevuların sayına görə hesabatlar: Bu cədvəlin köməyi ilə siz hansı günlərdə daha çox randevu qəbul etdiyinizi, konkret günlərdə neçə randevu aldığınızı görə bilər və hesabata uyğun müqayisələr apara bilərsiniz.

Randevu qazanclarına görə hesabatlar: Bu cədvəlin köməyi ilə siz hansı günlərdə daha çox qazandığınızı, nə qədər qazandığınızı görə və hesabata uyğun müqayisələr apara bilərsiniz.

Ən çox qazanan filallar: Hansı filalların daha çox pul qazandığını və filallardan gələn gəliri burada göstəriləcək.

Ən çox qazanan əməkdaşlar: Hansı işçilərin nə qədər gəlir əldə etdiyi, hansı işçinin daha çox qazandığı kimi məlumatlara baxmaq üçün faydalı xüsusiyyətdir.

Həmçinin, gündəlik hesabatlarla birlikdə həftəlik və aylıq hesabatları görə bilərsiniz.

Qrafiklərdə dəqiq məlumatı görmək üçün xidmət, filal və əməkdaşlara görə filtrlər tətbiq oluna bilər.