Fakturaların hazırlanması olduqca mürəkkəb və vaxt aparan bir işdir. Kalendar.az sistemi ilə hər şey avtomatik və sürətli PDF formatında yaradılacaq.

Faktura yaratmaq üçün sadəcə olaraq Fakturalar menyusunda “Əlavə Et” düyməsini sıxmaq lazımdır.

Açılan pəncərədə “Keywords” düyməsinə klikləməklə, lazimi məlumatları göstərmək üçün Fakturalarda istifadə edə biləcəyiniz bütün açar sözləri göstərə bilərsiniz. Hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün PDF faylını yükləyə və önizləyə bilərsiniz. Həmçinin, “CodeView” görünüşünə klikləməklə HTML şablondan istifadə edə bilərsiniz.

Fakturalar

Bildirişlərə fakturaların əlavə edilməsi

Fakturaları yaradıb saxladıqdan sonra bildirişlərə fakturaları əlavə etməliyik. Hər növ bildirişlərə fakturaları çox asanlıqla əlavə edə bilərik. Bu məqsədlə Bildirişlər menyusuna keçin > Müvafiq bildirişi redaktə edin > Fakturanızı URL və ya PATH kimi Qoşmalar bölməsinə əlavə edin və yadda saxlayın.

Həmçinin bildirişlərə çoxlu faktura əlavə etmək də mümkündür.

Qoşmalar