Siz Kalendar.az sistemi vasitəsilə hədiyyə kartları yarada və müştərilərinizə təqdim edə bilərsiniz. Yaratdığınız hədiyyə kartı müəyyən məbləğə uyğun olacaq və müştəri randevu təyin edərkən bu hədiyyə kartından istifadə edərsə, ödənilən məbləğ hədiyyə kartının balansından çıxacaq.

Hədiyyə kartları

Kod: Burada təyin etdiyiniz kod hədiyyə kartı kodu olacaq. Bu kodu yalnız bir müştəriyə təqdim etməlisiniz. Müştəri bu kodu istifadə edərsə, xidmət haqqı bu hədiyyə kartının balansından tutulacaq.

Məbləğ: Burada təyin etdiyiniz məbləğ hədiyyə kartının balansı olacaq.

Filala görə filtr: Burada konkret məkan seçsəniz, bu hədiyyə kartı yalnız həmin məkandakı xidmətlər üçün əlçatan olacaq.

Xidmətə görə filtr: Burada xüsusi xidmət seçsəniz, bu hədiyyə kartı yalnız bu xidmət üçün əlçatan olacaq.

Əməkdaşa görə filtr: Burada xüsusi işçilər seçsəniz, bu hədiyyə kartı yalnız bu əməkdaşların xidmətləri üçün əlçatan olacaq.

Hədiyyə kartları ödəniş funksiyası parametrlər bölməsindən aktiv edilməlidir. Bu funksiyadan istifadə edərkən onlayn ödəmə funksiyasından istifadə mümkün deyildir.

Hədiyyə kartları parametrləri

Beləliklə müştəri ona təqdim etdiyiniz hədiyyə kartı kodunu daxil etməklə ödəniş etmiş olacaq.

Siz bu üsulla müştərilərinizdən əvvəlcədən nəğd ödəniş alaraq uzun müddət xidmətlərinizdən kod vasitəsilə ödəniş etməsinə şərait yaratmış olursunuz və ya müştəriləriniz yaxınları üçün ödəniş edərək hədiyyə kartı ala bilir.

Ödəniş