Xüsusi formalar

Kalendar.az sistemi vasitəsilə xidmətləriniz üçün xüsusi formalar yaradaraq müştərilərdən lazimi məlumatları toplaya bilərsiniz. Siz eyni vaxtda müxtəlif formalara sahib ola və müxtəlif xidmətlər üçün hər hansı formanı seçə bilərsiniz.

Yeni forma yaratmaq üçün Xüsusi formalar menyusunda YENİ FORMA YARAT düyməsini sıxın.

Əvvəlcə forma üçün ad verməli və formanın tətbiq olunacağı xidmətləri seçməlisiniz. Sonra forma qurucu aləti ilə formanı qura bilərsiniz. Sol paneldə formada istifadə edə biləcəyiniz sahələrin növlərini görə bilərsiniz.
Aşağıdakı növlər dəstəklənir:

Etiket – Bu məlumat daxil etmək üçün deyil və müştəridən məlumat toplamaqdan daha çox müştəriyə məlumat vermək üçün istifadə olunur;
Mətn sahəsi – Müştərilərinizdən məlumat toplamaq üçün bu sahədən istifadə edin;
Geniş mətn sahəsi – Mətn sahəsindən fərqli olaraq bu seçim daha uzun mətn toplaya bilər;
Rəqəm sahəsi – Müştərilərinizdən rəqəm məlumatları toplamaq üçün bu sahədən istifadə edin;
Tarix sahəsi – Müştərilərinizdən tarix məlumatları toplamaq üçün bu sahədən istifadə edin;
Saat sahəsi – Müştərilərinizdən zaman məlumatları toplamaq üçün bu sahədən istifadə edin;
Açılan siyahı – Seçim daxiletmə növünü əlavə etmək üçün bu sahədən istifadə edə bilərsiniz;
Seçim qutusu – Çoxsaylı seçim sahəsi əlavə etmək üçün bu sahəni istifadə edin;
Seçim düymələri – Seçilə bilən variantları toplamaq üçün bu sahəni istifadə edin;
Fayl – Müştərilərinizdən faylları toplamaq üçün bu sahədən istifadə edin;
Keçid – Müştərilərinizdən keçidləri toplamaq üçün bu sahədən istifadə edin;

Laizmi sahələri əlavə etdikdən sonra YADDA SAXLA düyməsini sıxaraq formanı saxlaya bilərsiniz.

Formanı silmək və ya redaktə etmək istədiyiniz zaman, onun qarşısındakı 3 düyməyə klikləyə və müvafiq olaraq Düzəliş et və ya Sil düyməsini sıxa bilərsiniz.

Siz həmçinin formaları seçərək və altındakı sil düyməsini sıxmaqla formaları toplu şəkildə silə bilərsiniz.

Video təlimat: